"Neftçi" - "Aris" matçının biletləri satışa çıxarıldı

 22:41 20.07.2022     1097

"Neftçi" Bakıda Kipr "Aris"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.

Biletləri iTicket.az saytına daxil olaraq onlayn şəkildə əldə etmək olar.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən