Tofiq Musayev rəqibini 24 saniyəyə nokauta saldı - VİDEO

 09:53 23.07.2022     488

Azərbaycanlı MMA döyüşçüsü, yüngül çəkidə dünya çempionu Tofiq Musayev növbəti görüşünü keçirib.

Redaktor.az  xəbər verir ki, təmsilçimiz “Bellator” turnirində məşhur döyüşçü Sidney Outlavla qarşılaşıb.

T.Musayev Vaşinqtonda keçirilən döyüşün 24-cü saniyəsində rəqibini nokauta salaraq qələbə qazanıb. 

Xatırladaq ki, Tofiq Musayev həm də Vətən Müharibəsi iştirakçısıdır. Müharibəyə ilk gündən könüllü olaraq yollanan dünya çempionumuz əsasən Zəngilan istiqamətində döyüşüb və döyüşlərdsə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

2