"Barselona"dan Ronaldonun transferi ilə bağlı qərar

 20:45 23.07.2022     193

"Mançester Yunayted"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo "Barselona"ya transfer edilməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Xəbərə görə, Kataloniya təmsilçisi 37 yaşlı hücumçunun xidmətində maraqlı deyil.

Xatırladaq ki, daha əvvəl Ronaldonun növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcək komandaya keçməyi planlaşdırdığı bildirilirdi. Portuqaliyalı ulduzu heyətində görmək istəyən klublar arasında PSJ, "Atletiko", "Barselona", "Bavariya" və "Çelsi" vardı.

Ronaldo 2021-ci ildən "qırmızı şeytanlar"da oynayır. Onunla klub arasında müqavilə 2023-cü ildə başa çatır.