"Barselona" "Real Madrid"i məğlub etdi

 09:20 24.07.2022     194

İspaniyanın "Barselona" və "Real Madrid" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Redaktor.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Las Veqas şəhərindəki "Allegiant" stadionunda baş tutub.

Görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.

Qeyd edək ki, "Barselona" La Liqanın I turunda avqustun 13-də "Rayo Valyekano"nu qəbul edəcək. Madrid klubu isə bir gün sonra "Almeriya"nın qonağı olacaq.