"Barselona"dan ayrılan Alveş bu kluba keçdi

 09:53 24.07.2022     162

İspaniyanın “Barselona” klubundan ayrılan Dani Alveşin Meksika təmsilçisi “Pumas”a keçidi rəsmiləşib.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl "Sevilya", "Yuventus", PSJ, "San Paulo" və "Barselona"da çıxış edib.