Qrizman əvəzinə Ronaldo?

 12:58 24.07.2022     165

İspaniyanın "Atletiko" (Madrid) klubu porutqaliyalı hücumçu Kriştiano Ronaldonun transferi üçün fransalı Antuan Qrizmanla yollarını ayırmağa hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Portuqaliyalı ulduzu transfer etmək üçün İspaniya komandası maaş xərclərini azaltmalı olacaq. "Atletiko" Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionu olan Antuan Qrizmanla yollarını ayırmağa artıq cəhd edib. Hücumçu artıq PSJ də daxil olmaqla bir neçə komandaya təklif olunub, lakin parislilər oyunçunu almaqdan imtina ediblər.

Qeyd edilir ki, A.Qrizman "Barselona"ya məxsusdur və hazırda "Atletiko"da icarədədir. Madrid klubunun hücumçunu almaq hüququ var.