“Qarabağ”ın İsveçrəyə səfər proqramı açıqlandı

 14:08 24.07.2022     355

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrənin “Sürix” komandası ilə üz-üzə gələcək Ağdamın “Qarabağ” klubunun səfər proqramı açıqlanıb.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi iyulun 25-də İsveçrəyə yollanacaq.

Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.