"“Real”a qalib gəlmək xoşumuza gəlir” - Xavi

 14:31 24.07.2022     160

“Barselona”nın baş məşqçisi Xavi “Real” üzərində yoxlama görüşündəki qələbəni (1:0) şərh edib.

Redaktor.az xəbər verir ki, o, dünən ABŞ-da keçirilən bu qarşılaşmadan sonra jurnalistlərə komandasının oyunundan razı qaldığını deyib:

“Belə oyunlarda qələbə vacib deyil. Amma “Real”ı udmaq bizim xoşumuza gəlir. Biz birinci hissəni çox gözəl oynadıq. İkinci hissə isə elə də yaxşı alınmadı. Yeni mövsümə hazırlığımız davam edir. Biz yaxşı məşq edirik və bu gün “Barselona”nın ifasında yaxşı oyuna şahidlik etdik. Amma biz daha sabit oynamalıyıq. 

Düşünürəm ki, “Barselona” “Real”dan daha yaxşı çıxış etdi. Ona görə də mən təkcə nəticədən yox, həm də oyunumuzdan razıyam”.