"Yuventus" uelsli futbolçu ilə müqaviləni ləğv etdi

 17:10 24.07.2022     363

"Yuventus" yarımmüdafiəçi Aaron Remzi ilə yollarını ayırıb.

Redaktor.az "Calciomercato"ya istinadən xəbər verir ki, uelsli futbolçunun müqaviləsi qarşılıqlı razılaşma ilə ləğv edilib.

Remzinin sözləşməsi gələn ilin yayına qədər idi.

Qeyd edək ki, Aaron Remzi 2019-cu ildən "Yuventus"da çıxış edirdi.