Pikeni Şakiraya görə fitə basdılar

 19:46 24.07.2022     474

"Barselona"nın futbolçusu Jerar Pikeni azarkeşlər ABŞ-da "Real"la yoxlama oyununda (1:0) fitə basıblar.

Redaktor.az "Marca"ya istinadən xəbər verir ki, ispan müdafiəçi ayrıldığı sevgilisi Şakiraya xəyanət etdiyi üçün azarkeşlər bu addımı atıblar. 62-ci dəqiqədə meydana daxil olan Pikeni azarkeşlər hər topa toxunduğu zaman fitə basıblar. Onlar bir neçə dəfə Şakiranın adını da səsləndiriblər.

Qeyd edək ki, Pike və Şakira iyunda ayrılıblar.

Vumart və Güvən reklamı Vumart Güvən