Robot azyaşlı şahmatçının barmağını sındırdı

 18:55 25.07.2022     394

Rusiyada keçirilən şahmat üzrə "Moscow open" turnirində xoşagəlməz hadisə baş verib.

Redaktor.az xəbər verir ki, robot onunla şahmat oynayan 7 yaşlı uşağın barmağını sındırıb.

Moskva Şahmat Federasiyasının prezidenti Sergey Lazarev belə bir olayın yaşandığını təsdiqləyib. O bildirib ki, robot gedişləri sürətli etdiyindən azyaşlı şahmatçıya xəsarət yetirib.

Uşağın valideynləri baş vermiş hadisə ilə bağlı müvafiq qurumları şikayət etməyi planlaşdırır.