“Qarabağ” növbəti mərhələdə - YENİLƏNİB- VİDEO

“Sürix”-“Qarabağ” qarşılaşması 2-2 hesabı ilə başa çatıb.
Redaktor.az xəbər verir ki, bu hesab Azərbaycan təmsilçisini Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəldib.
"Qarabağ" bu qələbə ilə həmçinin UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni də təmin edib.
***
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab bərabərləşib.
Redaktor.az xəbər verir ki, Ovusu Kvabena 97-ci dəqiqədə tarazlığı bərpa edib - 2:2.
***
“Qarabağ”-“Sürix”lə görüşdə qapısında ikinci topu görüb.
Redaktor.az xəbər verir ki, meydan sahibləri oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə fərqlənib. “Sürix”in heyətində Santini fərqlənib.
***
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab bərabərləşib.
Redaktor.az xəbər verir ki, "köhlən atlar"dan Kadi Borges 55-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.
***
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunun ilk hissəsi başa çatıb.
“Qarabağ” fasiləyə məğlub yollanıb. İlk hissədə M.Medvedevin avtoqulu yeganə olub.
***
İsveçrədə "Sürix" və "Qarabağ" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Redaktor.az xəbər verir ki, "köhlən atlar"ın kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.
***
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Redaktor.az xəbər verir ki, "Letsiqrund" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.
dördüncü dəqiqəsində M.Medvedev avtoqul müəllifi olub.