Azərbaycanın basketbol millisi üçüncü görüşdə də qalib gəldi

 16:27 28.07.2022     674

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı sonuncu matçında Moldova ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycanın 75:66 hesalı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65 hesabı ilə qalib gəlib.