"Qarabağ" Vətənə qayıtdı

 19:06 28.07.2022     1458

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin İsveçrədəki cavab oyununda "Sürix"lə əlavə vaxtda 2:2 hesablı heç-heçə edən "Qarabağ" Bakıya qayıdıb.

Redaktor.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda "köhlən atlar"ı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, Bakıda "Sürix"i 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.