"Neftçi" – "Aris" matçından əvvəl meydana şəhid övladları çıxdı

 21:20 28.07.2022     215

"Neftçi" klubu Kipr "Aris"inə qarşı UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasından əvvəl anlamlı addım atıb.

Redaktor.az xəbər verir ki, hər iki komandanın üzvləri və 3 hakim meydana Qarabağ müharibəsində canından keçmiş şəhidlərin övladları ilə çıxıb.

“Neftçi”nin yay düşərgəsində iştirak etmiş 25 şəhid övladı qazona ayaq basıb. “Neftçi”nin formasında olan azyaşlıların nömrələri simvolik olaraq “44” olub. Onları biri-birindən fərqləndirən isə kürəklərindəki nömrələrin üstündə şəhid atalarının ad-soyadlarıdır.

Qeyd edək ki, saat 21:00-da başlamış matçda hələ ki hesab açılmayıb. “Neftçi”nin mərhələ adlaması üçün 3 top fərqi ilə Kipr klubuna qalib gəlməsi lazımdır.