“Qəbələ” qələbə çalsa da Konfrans Liqası ilə VİDALAŞDI

 22:00 28.07.2022     267

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Redaktor.az xəbər verir ki, bu matçlardan biri Qəbələ şəhər stadionunda baş tutub.

Ötən həftə Macarıstan “Fehervar”ına 1:4 hesabı ilə uduzan “Qəbələ” doğma azarkeşlər önünə çıxıb. Qarşılaşmanın fəal keçirən təmsilçimiz çoxsaylı qol epizodları əldə etsə də, yalnız 34-cü dəqiqədə Rövlan Muradovun qolu ilə hesabı açıb. Az sonra penaltini qaçıran qonaqlar isə fasilə ərəfəsində status-kvonu bərpa edib – 1:1.

Fasilədən sonra da daha üstün oyun göstərən Elmar Baxşıyevin yetirmələri istəyinə 73-cü dəqiqədə çatıb. Yeni klubunda ilk qolunu vuran Felipe Santos “Qəbələ”yə qələbə qazandırıb – 2:1. Lakin bu nəticə mərhələ adlamaq üçün yetərli olmayıb və Premyer Liqanın dördüncüsü avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, Konfrans Liqasındakı digər iki təmsilçimiz “Neftçi” və “Zirə” də hazırda cavab oyunlarını keçirir (apa).