"Neftçi" Konfrans Liqasında ilk mərhələni adladı

 23:05 28.07.2022     367

"Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.

Redaktor.az xəbər verir, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb.

Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub.

83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

***

Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

Redaktor.az xəbər verir ki, "Neftçi" növbəti dəfə qonaqları mərkəzə dəvət edib.

62-ci dəqiqədə Kenni Sayef fərqlənib. "Ağ-qaralar"ın əvvəlki qollarını 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqə isə Eddi İsrafilov öz aktivinə yazdırıb.

Qeyd edək ki, "Neftçi" Kiprdəki görüşdə rəqibinə 0:2 hesabı uduzub.