"Neftçi" "Aris" oyunundan sonra İNSİDENT

 23:22 28.07.2022     517

Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra insident baş verib.

Redaktor.az xəbər verir ki, bəzi kiprli oyunçular görüş bitən kimi "ağ-qaralar"ın futbolçularına hücum edib.

Onları çətinliklə sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Azərbaycan təmsilçsii rəqibini 3:0 hesabı ilə üstələyib. "Neftçi" Kiprdəki ilk görüşdə 0:2 hesabı ilə uduzmuşdu.