Ronaldo Portuqaliyaya qayıdır

 10:21 29.07.2022     506

Kriştianu Ronaldo karyerasını Lissabonun “Sportinq” klubunda davam etdirə bilər.

Mənbə iddia edir ki, ulduz futbolçunun agenti Xorxe Mendeş Portuqaliya klubunun rəhbərliyi ilə danışıqlar aparıb.

Redaktor.az "The Athletic" istinadən xəbər verir ki, “Sportinq” 2021-2022-ci il mövsümündə Portuqaliya çempionatında ikinci yeri tutduğundan klub Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Ronaldunun əsas hədəflərindən biri də məhz sözügedən turnirdə iştirak etmək olduğundan, “Sportinq” 37 yaşlı futbolçunun bu arzusunu reallaşdıra bilər.

Məlumat üçün əlavə edək ki, Kriştianu Ronaldu peşəkar karyerasını məhz “Sportinq”də başlayıb.