"Elə bilirdik ki, “Qarabağ” kənd klubudur, ancaq..." - Koloskov

 20:25 29.07.2022     437

Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov “Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində rusiyalı məşqçi Stanislav Çerçesovun çalışdırdığı Macarıstanın “Ferentsvaroş” klubuna rəqib olması haqda danışıb.

Redaktor.az xəbər verir ki, sabiq funksioner bunları söyləyib:

“Ferentsvaroş”un “Slovan”ı keçməsi uğurdur. Bu, təkcə Çerçesovun deyil, bütün klubun nailiyyətidir. İstənilən qələbənin əhəmiyyəti böyükdür, özü də Çempionlar Liqasında. Çerçesov bir daha özünün yüksək məşqçi keyfiyyəti təsdiq etdi.

Növbəti rəqib “Qarabağ”a gəlincə, onları bir dəfə görmüşəm. Onlar bizim komandanı silkələmişdilər (Avstriyada “Zenit”lə (Sankt-Peterburq) 2016-cı ilin iyunundakı yoxlama oyunu - red.). Özü də yaxşı hesabla. Onda elə bilirdik ki, "Qarabağ" kənd klubudur, ancaq gördük ki, yaxşı komandadır. “Ferentsvaroş” və Çerçesova uğurlar arzulayıram”

1659104592 167808 ucahf06mkc