Azərbaycanlı kikboksçu Ukrayna Ordusu üçün şortlarını satışa çıxardı - FOTO

 15:45 30.07.2022     163

Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadə öz idman şortlarını auksiona çıxarıb.

Redaktor.az xəbər verir ki, idmançı 2017-ci ildə Polşanın Vrotslav şəhərində keçirilmiş X Ümumdünya Oyunlarında geyindiyi qırmızı və mavi şortlarına ilkin qiymət olaraq 500 qriven (23 manat) qiymət qoyub. Auksionun vaxtı avqustun 1-də başa çatacaq.

Artıq şortlar üçün 3 min qriven (139 manat) vermək istəyən alıcı var.

İdmançı "Report"a açıqlamasında buradan əldə etdiyi məbləği Ukrayna Silahlı Qüvvələrində yer alan kikboksinq məşqçilərinə göndərmək istədiyini bildirib.

Qeyd edək ki, Ukrayna millisinin 63,5 kq çəki dərəcəsində bir nömrəsi sayılan Orfan Sənanzadə 2017-ci ildə keçirilmiş X Ümumdünya Oyunlarında qızıl, bu il ABŞ-ın Birminqem şəhərində baş tutmuş XI Ümumdünya Oyunlarında gümüş medal qazanıb.

.