"Qarabağ"ın oyununa bir gündə 20 mindən çox bilet satıldı - YENİLƏNİB

“Qarabağ” klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü “Ferenstvaroş”a (Macarıstan) qarşı keçirəcəyi ev oyunu üçün biletlər bu gün saat 11:00-da satışa çıxarılıb.
Redaktor.az xəbər verir ki, klubun məlumatına görə, satışın ilk günü olmasına baxmayaraq, artıq 20 min bilet satılıb.
***
“Qarabağ” klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü “Ferenstvaroş”a (Macarıstan) qarşı keçirəcəyi ev oyunu üçün biletlər bu gün saat 11:00-da satışa çıxarılıb.
Klubun mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, 4 saat ərzində 13 min 500 bilet satılıb.
Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.