Qadın hakimi yumruqla vuran futbolçu həbs olundu - VİDEO

 17:08 01.08.2022     121

Argentinada "İndependensiya de Çaves" və "Deportivo Qarmense" arasında keçirilən regional liqa matçında insident baş verib.

Redaktor.az xəbər verir ki, qonaq komandanın oyunçusu Kristian Tiro matçın qadın baş hakimi Dalma Kortadiyə hücum çəkib.

Referinin qərarlarından narazı qalan futbolçu arxadan onun baş nahiyəsinə zərbə endirib. Xoşbəxtlikdən, zərbə dəqiq alınmayıb və Kortadi yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib.

İddiaya görə, həmin hadisədən sonra oyun yarımçıq dayandırılıb, Tiro isə həbs olunub (report).