“Twitter”də ən çox təhqir edilən futbolçu odur - FOTO

 23:45 02.08.2022     205

Kriştianu Ronaldo ötən mövsüm “Twitter”də ən çox təhqir edilən Premyer Liqa oyunçu olub.

Redaktor.az  xəbər verir ki, bu barədə Alan Tyurinq İnstitutunun alimlərinin araşdırmasına istinadən “Ofcom” məlumat yayıb.

Tədqiqatçılar 2021/22 mövsümünün ilk beş ayında yazılmış 2,3 milyon tviti təhlil ediblər.

Onlardan təxminən 60 mini təhqiredici olub.

Həmin tvitlərdən 12520-si Ronaldoya ünvanlanıb. Harri Maquayre 8954 tvitlə ikinci, Markus Reşford isə 2557 tvitlələ üçüncü yeri tutub.

Ümumilikdə, ilk 10-luqda “Mançester Yunayted”in 8 futbolçusu var.

 

 

2