"Qarabağ"ın sabiq futbolçusu qəflətən dünyasını dəyişdi

 14:58 03.08.2022     334

"Qarabağ"ın və Bakının "İnter" (indiki "Şamaxı") klubunun sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.

Redaktor.az Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi 43 yaşında qəflətən dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Latviya millisində ən çox oyun keçirən (117 matç) iki futbolçudan biri olmuş Andrey Rubin 2008 - 2010-cu illərdə "İnter"də, 2010 - 2011-ci illərdə "Qarabağ"da çıxış edib. O, AVRO-2000-də iştirak edən Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində "Oqre" klubunda köməkçi məşqçi işləyirdi.

Qeyd edək ki, həyatının son illərini o ehtiyac içərisində yaşayıb.

Bu barədə bir müddət əvvəl yerli “Metta” futbol klubunun baş katibi Qirts Mixelsons özünün Tvitter hesabında məlumat yayıb. O, Rubinin yemək almaq üçün pul tapa bilmədiyini yazıb:

“Onun millidəki əla karyerasından sonra həyatı enişə doğru getdi. Bir neçə klub və dostları Andreyin əməliyyat olunmasına yardım etdilər. Hazırda bizim Rubin yaşamaq üçün pul tapa bilmir”.

İLTİFAT