Qurban Qurbanovdan gözəl jest - FOTO

 16:58 03.08.2022     190

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” oyunundan öncə komandamızın baş məşqçisi Qurban Qurbanov gözəl jest edib.

Redaktor.az xəbər verir ki, o, şəhid ataları Nofəl Qasımovu və Vüqar Məmmədovu oyunu tribunadan izləməyə dəvət edib.

Qubanın Alekseyevka kəndində yaşayan Vüqar Məmmədov şəhid Ülvi Məmmədovun atasıdır. Vüqar Məmmədov Sports.az saytının əməkdaşıdır. O, hazırda “Qarabağ” – “Ferentsvaroş” oyununu izləmək üçün Qubadan Bakıya yola düşüb.

Nofəl Qasımov isə şəhid baş leytenant Səid Rəşidzadınin atasıdır. Səid “Qarabağ” azarkeşi olub. Atası bu ilin əvvəli Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təltifetmə mərasimində (Qurban Qurbanov ilin baş məşqçisi seçilmişdi) “Qarabağ”ın baş məşqçisinə oğlundan xatirə qalmış hərbi geyimi əmanət etmişdi.

Nofəl Qasımovla Vüqar Məmmədov bu axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu fəxri tribunadan izləyəcəklər. (sports.az)