“Qarabağ” "Ferentsvaroş"la heç-heçə etdi - YENİLƏNİB

 22:00 03.08.2022     388

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Redaktor.az, "köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

***

"Qarabağ"ın Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirdiyi UEFA Çempionlar Liqasının ilk oyununda vurduğu qol ləğv edilib.

Redaktor.az xəbər verir ki, ilk hissəsnin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə İbrahima Vadji 2-ci topu qonaqların qapısından keçirib.

Lakin VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna səbəb məhsudar ötürməni verən Marko Veşoviçin topu qəbul ofsaydda olması səbəb olub.

Qeyd edək ki, hazırda matçda fasilədir və hesab 1:1-dir

"Qarabağ" və "Ferentsvaroş" komandaları arasında Bakıda keçirilən ilk görüşdə hesab bərabərləşib.

Redaktor.az xəbər verir ki, oyunun 34-cü dəqiqəsində Ağdam klubunun hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib. 

***

"Qarabağ" və "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. 

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə qonaqlar hesabda önə keçib. Frank Boli 17-ci dəqiqədə fərqlənib. 

***

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov yer alıblar.

“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Sami Mmae, Mats Knuster, Tokmak Nquen, Anderson Esiti, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Frank Boli və Aissa Laiduni çıxıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüşü isveçli baş hakim Andreas Ekberq idarə edir.

Qeyd edək ki, cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

"Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək