Rusiya amerikalı basketbolçuya 9 il həbs verdi

 20:17 04.08.2022     462

Rusiya məhkəməsi amerikalı basketbolçu Britni Qrinerə 9 il həbs cəzası verib.

Redaktor.az xəbər verir ki, qərar Moskva məhkəməsi tərəfindən verilib.

O, narkotik qaçaqmalçılığı və saxlaması ilə ittiham edilir. Məhkəmə, həmçinin ona 1 milyon rubl cərimə kəsib.

Basketbol ulduzu 2022-ci il fevralın 17-də Nyu-Yorkdan Moskvaya səfər edərkən saxlanılıb.

Bundan əvvəl ABŞ Qrinerin dərhal azadlığa buraxılmasını tələb edib. 

Amerika mətbuatının yazdığına görə,  Co Bayden ABŞ-da həbsdə olan rusiyalı Viktor Butun Qreynerlə, eləcə də əvvəllər casusluqda təqsirli bilinən amerikalı Pol Uilanla dəyişdirilməsi ideyasını bəyənib.

Rusiya hakimiyyəti belə bir mübadilə ilə bağlı heç bir razılaşmanın olmadığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən