Levandovski “Barselona” azarkeşlərinə təqdim edildi - VİDEO

 17:50 05.08.2022     622

“Barselona”nın yeni transferi olan polşalı hücumçu Robert Levandovski “Kamp Nou”da azarkeşlərə təqdim edilib.

Redaktor.az xəbər verir ki, 33 yaşlı polyak meydançaya doqquz nömrəli forma ilə daxil olub.

Xatırladaq ki, əvvəllər 9 nömrəli formanı niderlandlı hücumçu Memfis Depay daşıyırdı.

Qeyd edək ki, mövsümöncəsi turda Levandovski “Barselona”da 12 nömrəli forma altında çıxış edib. (oxu.az)