UEFA Putinə görə “Fənərbağça”nı CƏZALANDIRDI

“Fənərbağça” klubunun azarkeşlərindən biri Kiyev "Dinamo"su ilə matçda buraxılan qoldan sonra Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndirib.
Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparan UEFA Türkiyənin “Fənərbağça” klubunu cəzalandırıb.
Belə ki, UEFA “Fənərbağça”nı 50 min avro məbləğində cərimələməklə yanaşı, komandanın avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirməsinə qərar verib.