İskonun yeni klubu bəlli oldu

 16:37 07.08.2022     3532

“Sevilya” klubu Madrid “Real”ının sabiq yarımmüdafiəçisi İsko ilə müqavilə imzalamaq üçün prinsipial razılığa gəldiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, 30 yaşlı ispaniyalı tibbi müayinədən uğurla keçəcəyi təqdirdə 2024-cü ilin yayına qədər onunla müqavilə imzalanacaq.

Yarımmüdafiəçi artıq Sevilyaya gəlib və avqustun 8-i, bazar ertəsi tibbi müayinədən keçəcək.

 

Vumart və Güvən reklamı Vumart Güvən