“Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində - YENİLƏNİB

 23:55 09.08.2022     1139

“Qarabağ” komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş” klubuna qalib gələrək pley-off mərhələsinə yüksəlib.

Redaktor.az xəbər verir ki, Budapeştdəki “Groupama Arena”da oynanılan matç Ağdam komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi oyunda komandamızın heyətində 7-ci dəqiqədə Abdullah Zubir, 55 və 78-ci dəqiqələrdə isə İbrahima Vadji fərqlənib. 86-cı dəqiqədə meydan sahiblərindən Adama Traore hesab arasındakı fərqi azaldıb. 

Qeyd edək ki, Azərbaycan təmsilçisi pley-off mərhələsində Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

***

"Ferentsvaroş" - "Qarabağ" görüşündə 4-cü qol vurulub.

Redaktor.az xəbər verir ki, meydan sahibləri hesab arasındakı fərqi azalda biliblər.

Hazırda görüş "Qarabağ" klubunun 3:1 hesablı üstünlüyü ilə davam edir.

***

“Qarabağ” klubu Macarıstan çempionu ilə oyunda hesab arasındakı fərqi üçə çatdırıb.

Redaktor.az xəbər verir ki, İbrahima Vadji özünün ikinci, Ağdam komandasının isə üçüncü qoluna imza atıb.

***

"Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçirilən görüşdə ikinci qol vurulub.

Redaktor.az xəbər verir ki, "Qarabağ" klubunun hücumçusu İbrahima Vadji hesab arasındakı fərqi 2-yə çatdırıb.

***

“Qarabağ” (Ağdam) -“Ferentsvaroş” (Macarıstan) matçının ilk hissəsi yekunlaşıb.

Redaktor.az xəbər verir ki, “Qarabağ” klubu fasiləyə üstün yollanıb.

Görüşün ilk hissəsi gərgin idman mübarizəsi şəraitində keçib. Ağdam təmsilçisi bir neçə dəfə qol vurmaq şansı qazansa da, hesabı artırmaq mümkün olmayıb.

***

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam)-“Ferentsvaroş” (Macarıstan) oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, matçın 6-cı dəqiqəsində Ağdam komandası hesabı açıb. Oyunda ilk qola Abdullah Zubir imza atıb.

“Qarabağ” səfərdə qalib gəlir. 

***

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Redaktor.az  Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Ferentsvaroş": 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni

Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Muhamed Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş

Baş məşqçi: Stanislav Çerçesov

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Groupama Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən