Futbol üzrə dünya çempionatı vaxtından əvvəl başlaya bilər

 13:29 10.08.2022     590

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı nəzərdə tutulan vaxtdan əvvəl başlaya bilər.

Redaktor.az xəbər verir ki, FIFA Qətər və Ekvador arasındakı açılış matçını bir gün əvvəl - noyabrın 20-də keçirmək istəyir.

Mümkün dəyişikliyin səbəbi açıqlanmayıb. Məsələ ali futbol qurumunun prezidenti Canni İnfantino və konfederasiya rəhbərlərinin iştirakı ilə baş tutacaq səsvermənin nəticələrinə əsasən həllini tapacaq.

Qeyd edək ki, DÇ-2022-nin noyabrın 21-dən dekabrın 18-dək keçirilməsi planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən