İslamiada - 3 gümüş, 3 bürünc medalımız təmin edilib

 15:17 10.08.2022     726

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görəRedaktor.az xəbər verir ki, rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, daha iki sərbəst güləşimi Turan Bayramov və Abubakr Abakarov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.

74 kq-da çıxış edən Bayramov yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalı ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən