Konyada daha dörd güləşçimiz finala yüksəldi - YENİLƏNİB

 15:54 13.08.2022     263

Azərbaycan güləşçisi Jalə Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.

Redaktor.az xəbər verir ki, xanım təmsilçimiz türkiyəli rəqibi üzərində qələbə qazanaraq finala vəsiqə qazanıb.

Beləliklə, Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək final görüşlərində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleyamanov (77 kq) və Jalə Əliyeva (57 kq) final görüşlərinə çıxacaq. Məhəmməd Əhmədiyev (87 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal üçün mübarizə aparacaq.

***

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

Redaktor.az xəbər verir ki, yarışın doqquzuncu günündə - avqustun 13-də güləş (yunan-Roma və qadın güləşi) üzrə Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq) və Jalə Əliyeva (57 kq) uğur qazanmağa çalışıblar.

İdmançılarımızdan üçü həlledici qarşılaşmada güləşmək hüququ qazanıb.

Dünya və Avropa mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının medalçısı Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabı ilə qalib gələrək yarımfinala keçib. Bu mərhələdə növbəti rəqibini məğlub edən güləşçimiz Murad Məmmədov finala yüksəlib.

Sonra dünya mükafatçısı və Avropa çempionu Sənan Süleymanov və Avropa mükafatçısı Həsrət Cəfərov da rəqiblərini üstələyərək finala adlayıblar.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.