Azərbaycan güləşçiləri İslamiadanı 23 medalla başa vurdu - YENİLƏNİB
Azərbaycanın güləşçiləri Konyada keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizəni başa vurub.
Redaktor.az xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov (77 kq) finalda Olimpiya mükafatçısı, ikiqat Asiya çempionu qırğızıstanlı Akjol Mahmudova 2:5 hesabıyla məğlub oluv və gümüş medalla kifayətlənib.
Sabah Şəriəti (130 kq) qazaxıstanlı Anton Savenkoya 5:0 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal görüşündə qırğızıstanlı Atabəy Azisbəyova 2:3 hesabıyla məğlub olaraq medalsız qalıb.
Beləliklə, Azərbaycan güləşçilər İslamiadanı 8 qızıl, 8 gümüş və 7 bürünc medalla başa vurub.
***
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb.
Redaktor.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçisi Həsrət Cəfərov finalda qırğızıstanlı Amantur İsmayılova 3:1 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.
Bu, Azərbaycanın güləşdə 8-ci, ümumilikdə 12-ci qızıl medalıdır.












