“Qarabağ” – “Viktoriya” matçının biletləri satışa çıxarıldı

 12:35 14.08.2022     330

"Qarabağ" klubunun Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.

Redaktor.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"dan, Ağdam klubunun Park Bulvardakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.