"Kəpəz" azarkeşləri "Neftçi" ilə oyunda maraqlı pankart açıb

 20:47 14.08.2022     366

"Kəpəz" azarkeşləri "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının II tur oyununda maraqlı pankart açıb.

Redaktor.az xəbər verir ki, fanatlar ev oyunlarını Gəncə şəhər stadionunda keçirə bilmədikləri üçün narazılıqlarını bildiriblər.

Pankartda "Oğul sözlərimə yaxşı qulaq as, stadionsuz klub liqada olmaz" yazılıb.

Qeyd edək ki, Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqiblərini Qəbələdə qəbul edəcək. Komanda I turda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları matçı Bakıda "Dalğa Arena"da oynayıb.

Vumart və Güvən reklamı Vumart Güvən