İki məşhur klub Ronaldodan imtina etdi
İtaliyanın "İnter" və "Milan" klubları "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu almaqdan imtina ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə "La Cazetta della Sport" məlumat yayıb.
Mənbəyə görə "qırmızı şeytanlar" portuqaliyalı ulduzu hər iki kluba təklif etsə də, A Seriyası təmsilçiləri 37 yaşlı oyunçudan imtina ediblər.
Qeyd edək ki, Kriştiano Ronaldonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayında başa çatır.












