"Fənərbağça"dan Ronaldo AÇIQLAMASI
"Fənərbağça"nın baş məşqçisi Jorji Jesus "Kasımpaşa" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Redaktor.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisi Kriştiano Ronaldo barədə verilən sualı belə cavablandırıb:
"Ronaldo ilə dostuq. Onun fərqli düşüncələri var. 5 böyük liqadan kənarda oynamayacaq. Hansı kluba gedəcəyini bilmirəm, amma "Fənərbağça"ya gəlməyəcəyinə əminəm. Bu mənim istəmədiyimə görə deyil, öz istəyinə görədir".
Qeyd edək ki, "sarı-lacivərtlər" "Kasımpaşa"ya 6:0 hesabıyla qalib gəlib.












