"Qarabağ" azarkeşlərinin NƏZƏRİNƏ

 10:52 17.08.2022     540

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi (BNA) UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) futbol klublarının ilk oyununa bilet alan azarkeşlərə müraciət ünvanlayıb.

Redaktor.az-a qurumdan bildirilib ki, BNA azarkeşlərə tövsiyə edir ki, stadiona gedərkən şəxsi avtomobildən istifadə etməsinlər.

Azarkeşlərin Tofiq Bəhramov adına Respublika Stadionuna ictimai nəqliyyatla daha rahat gediş-gəlişini təmin etmək üçün zəruri tədbirlər görülüb.

Oyunun keçiriləcəyi məkan istiqamətində hərəkət edən müntəzəm marşrut xətləri üzrə məlumatları təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən