Kişi qılıncoynadanlarımız ÇEMPİON OLDU

 17:09 17.08.2022     845

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb.

Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığma fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub (report). 

Vumart və Güvən reklamı Vumart Güvən