“Qarabağ” – “Viktoriya” matçında hesab açılmadı - YENİLƏNİB
Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə də başa çatdı.
Redaktor.az xəbər verir ki, ikinci hissədə də hesab açılmayıb - 0:0.
***
Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Redaktor.az xəbər verir ki, ilk hissədən sonra görüşdə hesab açılmayıb - 0:0.
***
Bakıda 5 ildən sonra yenidən UEFA Çempionlar Liqasının (ÇL) rəsmi himni səsləndirilib.
Redaktor.az xəbər verir ki, bu, "Qarabağ"ın evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin ilk oyunundan öncə baş verib.
Qeyd edək ki, Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.
Artıq oyun başlayıb.
Görüşü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.
Cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, "Köhlən atlar" son olaraq 2017/2018 mövsümündə bu raundda iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0;1:2. Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.












