Qadın millimiz İslamiadanın qalibi oldu

 22:08 17.08.2022     299

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

 

Redaktor.az xəbər verir ki, millimiz qızıl medal uğrunda görüşdə Mali yığmasını 21:6 hesabla məğlub edib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Vumart və Güvən reklamı Vumart Güvən