"Sabah" - "Neftçi" oyununda dava düşdü

 22:16 20.08.2022     611

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunun "Sabah" - "Neftçi" matçında insident baş verib.

Redaktor.az xəbər verir ki, əvvəlcə iki mübarizə zamanı meydan sahiblərinin futbolçusu Aleksey İsayev qonaqların yarımmüdafiəçisi Kenni Sayefə qarşı kobudluqdan sonra onu itələyib.

Ardınca isə cərimə zərbəsi zamanı "Sabah"dan Abdulaye Ba ilə "Neftçi"dən Voislav Stankoviç arasında gərginlik baş verib. Matçın baş hakimi Fərid Hacıyev hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

"Qeyd edək ki,  Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

37-ci dəqiqədə Murad Musayevin baş məşqçi olduğu komanda 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Kristian Sebalyosun vurduğu topu "ağ-qaralar"ın qapıçısı İvan Brkiç çıxarıb. Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Yusuf Laval açıb. 78-ci dəqiqədə "Sabah"dan Aleksey İsayev penaltidən tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə isə Emanuel Apeh penaltini dəqiq yerinə yetirməklə, komandasına qələbə qazandırıb. Bu, "Sabah"ın evdə "Neftçi" üzərində ilk qələbəsi olub.

Bu qələbədən sonra xallarını 9-a çatdıran "Sabah" liderliyini möhkəmlədib. "Neftçi" isə 6 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib. Avqustun 21-də "Kəpəz" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la qarşılaşacaq. "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.

Vumart və Güvən reklamı Vumart Güvən