"Qarabağ" Polşada məğlub olaraq Avroliqaya düşdü - CANLI- YENİLƏNİB
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Redaktor.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu Çexiyada "Viktoriya" (Plzen) ilə qarşılaşmada hesab 73- cü dəqiqədə rəqib komandanın xeyrinə dəyişib. Rəqib komandanın oyunçusu Yan Kliment 2-ci qolu "Qarabağın qapısından keçirir.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Redaktor.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu Çexiyada "Viktoriya" (Plzen) ilə qarşılaşmada hesab 58-ci dəqiqədə bərabərləşib.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Redaktor.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu Çexiyada "Viktoriya" (Plzen) ilə qarşılaşır.
Matçda hesabı Ağdam komandası açıb. 38-ci dəqiqədə Filip Ozobiç "Qarabağ"ın ilk qoluna imza atıb.
Bununla da komandamız fasiləyə üstün hesabla yollanıb.
***
Çempionlar Liqasında Azərbaycanı təmsil edən "Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirir.
Redaktor.az xəbər verir ki Çexiyada Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) və "Qarabağ" arasında cavab oyunu keçirilir.
Oyunu canlı izləmək üçün link: https://www.cbcsport.az/
***
Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Redaktor.az xəbər verir ki, "Dusan Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Qarşılaşmanı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
***
Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək "Viktoriya" (Plzen) və "Qarabağ"ın start heyətləri açıqlanıb.
Redaktor.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Viktoriya": 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel, 44. Libor Holik
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu N Diay
Baş məşqçi: Mixal Bilek
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77 Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, "Dusan Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.












