"Qarabağ"ın potensial rəqibləri və püşkatmanın vaxtı BƏLLİ OLDU

 12:31 24.08.2022     678

"Viktoriya"ya 1:2 hesabıyla məğlub olan "Qarabağ" mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Redaktor.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi avqustun 26-da Bakı vaxtı ilə 15:00-da baş tutacaq. Avropa Liqasının 8 qrupunda mübarizə aparacaq 32 komandadan ibarət siyahı avqustun 25-də müəyyənləşəcək.

Ağdam təmsilçisinin 18 potensial rəqibi aşağıdakılardır:

"Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Feyenoord" (Niderland), "Renn", "Nant", "Monako" (hamısı Fransa), "Real Sosyedad", "Real Betis" (hər ikisi İspaniya), "Union Berlin", "Frayburq" (hər ikisi Almaniya), "Şturm" (Avstriya), "Yunion" (Belçika), "Midtyulland" (Danimarka), "Srvena Zvezda" (Serbiya) və "Dinamo"dur (Kiyev, Ukrayna).

Qeyd edək ki, qrup oyunları 8,15 sentyabr, 6,13,27 oktyabr və 3 noyabr tarixlərində baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən