“Qurban Qurbanov necə deyirsə, elə də olacaq” - “Qarabağ” rəsmisi

 15:49 24.08.2022     440

“Baş məşqçi necə deyirsə, elə də olacaq”.

Redaktor.az xəbər verir ki, bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl jurnalistlərə müsahibəsində deyib.

O, transferlər barədə danışarkən baş məşqçi Qurban Qurbanovun fikrinin önəmli olduğunu bildirib:

“İndiyədək də belə olub. Bu, məsuliyyətdən qaçmaq yox, baş məşqçimizə olan inamımızı göstərmək üçündür. Klub rəhbərliyi sonunadək onun arxasındadır. Gücümüz birliyimizdədir. Doqquz il ardıcıl avrokubokların qrupunda yer almaqla Azərbaycanı şərəfli şəkildə təmsil edirik. Bu, bizim birliyə olan inam və etibarın nəticəsidir”.

Vumart və Güvən reklamı Vumart Güvən