"Kəpəz"in baş məşqçisi istefa şüarları altında müsahibə verib

 20:13 27.08.2022     341

"Kəpəz" azarkeşləri komandanın baş məşqçisi Yaşar Vahabzadəni istefaya səsləyiblər.

Redaktor.az xəbər verir ki, bu, Gəncə təmsilçisinin Premyer Liqanın IV turunda "Səbail"ə 1:4 hesabı ilə uduzduğu oyundan sonra baş verib.

Fanatlar hətta 62 yaşlı mütəxəssis "CBC Sport"a müsahibə verərkən istefa şüarlarını davam etdiriblər.

Qeyd edək ki, "Kəpəz" çempionatda keçirdiyi 4 qarşılaşmanın hamısında məğlub olub.

Vumart və Güvən reklamı Vumart Güvən