“Qarabağ” "Şamaxı"nı darmadağın etdi - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ" klubu "Şamaxı"nı qəbul edib.
Redaktor.az xəbər verir ki, "Azersun Arena"da keçirilən qarşılaşma "Qarabağ" komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisi hələlik "Qəbələ", "Sabah" və "Neftçi" ilə eyni xala malikdir. Bir xalı olan "Şamaxı" isə 9-cu sırada yer alıb.












